9 C
Baku
Friday, December 13, 2024

Zelenski fevralın 16-sını Ukraynanın Birlik Günü elan edib

Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciəti zamanı fevralın 16-sını Birlik Günü elan edib. Onun sözlərinə görə, müvafiq sərəncam artıq imzalanıb.

Banker.az xəbər verir ki, “Bizə deyirlər ki, fevralın 16-sı hücum günü olacaq. Biz bunu Birlik Günü edəcəyik. Müvafiq sərəncam artıq imzalanıb. Həmin o gün biz dövlət bayraqlarını asacağıq, mavi və sarı lentlər taxacağıq və birliyimizi bütün dünyaya nümayiş etdirəcəyik”, – deyə Zelenski söyləyib.

Daha əvvəl ABŞ Prezidenti Co Bayden Qərbdəki müttəfiqlərinə Rusiyanın fevralın 16-sında Ukraynaya hücum etmək niyyətində olduğunu demişdi. Onun fikrincə, işğaldan qabaq “raket zərbələri və kiberhücumlar dalğası” baş verə bilər.

Moskva bu cür açıqlamalara cavab olaraq dəfələrlə bəyan edib ki, Rusiya yalnız öz ərazisində təlimlər keçirir. Kreml vurğulayıb ki, Ukrayna ilə müharibə ideyası qəbuledilməzdir və ölkə heç kimə hücum etmək fikrində deyil.

Fevralın 2-si Zelenski Rusiyanın onun ölkəsinə hücum etməyi planlaşdırdığına dair sübut tələb edib. Bundan əvvəl o, Qərb rəsmilərinin bu cür bəyanatlarının Ukrayna iqtisadiyyatına ziyan vurduğunu söyləyib.

 

Son xəbərlər
Digər xəbərlər