Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də, yəni Rusiyanın bu ölkədə müharibəyə başlamasının ildönümündə BMT Baş Assambleyasının iclasında çıxış etmək üçün Nyu-Yorka səfər edə bilər.
Bu barədə “Associated Press” Ukrayna Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, Ukrayna dövlət başçısının Nyu-Yorka səfər etmək niyyəti var: “Amma təhlükəsizliklə bağlı vəziyyətə görə onun səfəri sual altındadır”.
Qeyd edilib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya fevralda çox ciddi hücum planlaşdırır: “Bu amil Ukrayna Prezidentinin səfər planını çətinləşdirir”.