29 C
Baku
Thursday, May 30, 2024

Zelenski: “Qərbin dəstəyi olmasa, geri çəkiləcəyik”

“Qərbin dəstəyi olmasa, geri çəkiləcəyik”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg”ə müsahibəsində deyib

“Hazırda diqqətimizi Qərbdən kömək almağa yönəltmişik. Yaxın Şərqdəki duruma və digər səbəblərə görə onların fikri dəyişir. Dəstək olmasa, geri çəkiləcəyik”, – o bildirib.

V.Zelenski həmçinin qeyd edib ki, Rusiya onu hakimiyyətdən uzaqlaşdırmağa çalışır: “Əlimizdə bununla bağlı kəşfiyyat məlumatları var. Rusiya ölkəmizdə xaos yaratmağa hazırlaşır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. V. Zelenski daha əvvəl söyləmişdi ki, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər