6 C
Baku
Sunday, December 15, 2024

Zelenski: “Rusiyadan müharibənin bitəcəyinə dair siqnallar var”

“Rusiyadan müharibənin bitəcəyinə dair siqnalların olması yaxşıdır. İki il idi bunu görmürdük. Ukraynanı 3 günə işğal edib hökuməti dəyişmək planları baş tutmadı. Bu qanlı müharibədən sonra Rusiyaya etibar edə bilmərik. Biz sirr saxlamırıq, açıq şəkildə bildiririk”.

Bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda sülh üçün bəzi güzəştlərin edilib-edilməyəcəyi məsələsinə toxunan Zelenski qeyd edib ki, hazırda ölkə müharibə şəraitindədir: “Bu müharibədən sonra başqa bir müharibə istəmirik. Ukraynanın təhlükəsizliyi razılaşmalarda təmin edilməlidir”.

O, vurğulayıb ki, Ukraynanın Polşa ilə münasibətləri yaxşıdır: “Çoxlu sayda Ukrayna vətəndaşı Polşa ərazisindədir. Bizim həmvətənlərimiz Rumıniya və Moldovada da yaşayır. Qonşularımızla yaxşı münasibətlərimiz var. Müharibə zamanı kimin dost, kimin düşmən olduğunu öyrəndik”.

Ukraynada demokratiyanın mövcud olduğunu deyən Zelenski müharibə zamanı xalqın daha da birləşdiyini vurğulayıb.

“Qələbə qazanacağımızı 100 faiz bilirik, amma bunun nə vaxt olacağını bilmirik. Diplomatlarımız bölgəyə sülh gətirməyə çalışırlar. Amma bundan əvvəl silahların susması, insanların evakuasiyası, ərzaq və dərmanların çatdırılması kimi məsələlər həyata keçirilməlidir”, – Zelenski ölkəsinin Rusiya ilə mühribədən qalib çıxacağını vurğulayıb.

Ukrayna lideri etiraf edib ki, ölkəsi NATO-ya üzv ola bilməyəcək.

Avropadan gələn yardıma toxunan ölkə liderinin sözlərinə görə, Qərb və dünya daha çox şey edə bilər: “Hər kəs bacardığı qədər mübarizə aparmalıdır. Oturduqları kafeyə bomba düşməyincə nə baş verdiyini anlamayacaqlar. Ancaq belə bir şey olsa, hava məkanını bağlamağı düşünəcəklər. (Silah-sursat-red) Verə bilməyəcəklərini anlayanda satın almaq istədiyimizi bildirdik”.

 

 

Son xəbərlər
Digər xəbərlər