“Rusiya vətəndaşları əmanətlərini itirir, eyni zamanda istənilən perspektivlərini itirmiş olurlar”.
UNİAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 2-də yayımladığı video-müraciətində bildirib.
“Rusiya idman yarışları və dünya mədəniyyətini unuda bilər. Onu Beynəlxalq Məhkəmə gözləyir. Rusiya üçün bunun yekunu nədir? Bu ölkənin bayrağı idman yarışlarında görünməyəcək. Müasir dünya mədənəiyəti artıq onlar üçün bağlı olacaq. Rusiya istehsalı olan malları bütün dünya mağazalarının piştaxtalarından yığışdırırlar. Rusiya banklarını qlobal sistemdən çıxarırlar.
Fikirləşin, 6 gün ərzində 6 minə yaxın Rusiya hərbçisi ölüb. Ötən gecə Rusiyanın verdiyi itki nəzərə alınmayıb. Nə aldı? Ukraynanı almaq istəyir? Bu mümkün deyil. Bunu raketlər, bombalar, tanklar və istənilən zərbələrlə dəyişməyəcək. Biz öz doğma torpaqlarımızdayıq. Müharibəyə görə biz onlara beynəlxalq məhkəmə quracağıq”, – V.Zelenski vurğulayıb.