12 C
Baku
Monday, April 15, 2024

Zelenski: Ukrayna gələn il daha çox silah istehsal etməyə hazırlaşır

Ukrayna gələn il daha çox silah istehsal etməyi planlaşdırır və hökumət buna nail olmaq üçün beynəlxalq tərəfdaşlarla işləyir.

Bunu Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində deyib.

“Gələn il daha çox silah istehsal etməyə hazırlaşırıq. Yanvarda beynəlxalq işimiz üçün artıq dəqiq qrafikimiz var. Biz tərəfdaşlarımızla hər bir Ukrayna əsgərinin, bütün xalqımızın, dövlətimizin ehtiyac duyduğu həllər üzərində işləyirik”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, gələn il beynəlxalq tərəfdaşlarla həyata keçirilməsi üçün hazırlanan həllər güclü olacaq.

Son xəbərlər
Digər xəbərlər