Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.
Bu barədə prezident aparatının rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.
“Zelenski tarixi sənədi – Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini imzaladı”, – Sibiqa feysbukda bildirib.
Birgə bəyanat Ali Radanın sədri Ruslan Stefançuk və Baş nazir Denis Şmıqal ilə birlikdə imzalanıb.
“Sənədlər artıq Brüssel yolundadır! Təbriklər, Ukrayna, hamımızı təbrik edirəm. İndi tarix yazılır!”, – Sibiqa əlavə edib.