12 C
Baku
Cümə, Dekabr 3, 2021

Zirədə pomidor istixanalarında monitorinq aparılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri Abşeron rayonu, Məmmədli kəndi və Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində fəaliyyət göstərən istixanalara baxış keçirib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Fitosanitar ekspertizanın və virusoloji müayinələrin aparılması üçün nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Həmçinin pomidor istixanalarında zərərli orqanizmlərin aşkar edilməsi və onlara qarşı mübarizə tədbirləri, bitkilərin becərilməsi, təhlükəsizlik qaydalarına əməl olunması barədə sahibkarlara zəruri göstərişlər verilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər
Oxşar xəbərlər
X