15 C
Baku
Tuesday, April 16, 2024

Ziraat Bank Azərbaycan “Beynəlxalq Aqro Biznes Forum-2024”  tədbirinin sponsoru və iştirakçısı olub

®20-21 Fevral tarixlərində, Bakı şəhərində Azərbaycan Respublikası Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası  və “AGRO TV Azərbaycan” tərəfindən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə “Beynəlxalq Aqro Biznes Forum-2024” tədbiri təşkil edilmişdir. Ziraat Bank Azərbaycan bu tədbirin sponsoru və iştirakçısı olmuşdur.

“Baku Marriott Hotel Boulevard”da keçirilən tədbirin açılışı dövlət rəsmilərinin çıxışı ilə baş tutmuşdur. Forumun 1-ci panelində Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Ziraat Bank Azərbaycanın İdarə Heyətinin Sədri Dr. Selçuk Demir, Aqrar və İnkişaf Agentliyinin (AKİA) sədr müavini Mehman İsmayılov və digər  məruzəçilər çıxış etdilər. Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir məruzəsində maliyyə qurumlarının kənd təsərrüfatı sektoru ilə əlaqəsindən bəhs edərək, Türkiyənin bu sahədəki təcrübəsindən danışdı. Bankın sədri kənd təsərrüfatının ölkə üçün əhəmiyyətinə diqqət çəkərək, texnoloji inkişafın və elmi texniki nailiyyətlərin kənd təsərüfatında effektiv istifadəsinin əhəmiyyəti haqqında məlumat verdi Dr. Selçuk Demir öz məruzəsində ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün Ziraat Bank Azərbaycanın maliyyə dəstəyi və əldə etdikləri uğurlar haqqında    məlumat verdi. Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri, Türkiyədə bu sahədə fəaliyyət göstərən önəmli şirkətlərin Azərbaycana investisiya imkanlarından danışaraq onların cəlbi ilə bağlı alınmalı tədbirlər haqqında fikirlərini bildirdi.

Tədbirdə məruzəçilər aqrar sahədə fəaliyyət göstərən KOB subyektləri arasında əməkdaşlığın gücləndirilməsi, investorların Azərbaycana cəlb olunması və şirkətlərin satış imkanlarının artırılması barədə geniş müzakirələr apardılar.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın FacebookInstagramTwitterLinkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

 

Son xəbərlər
Digər xəbərlər