17 C
Baku
Saturday, November 26, 2022

Ziraat Bank Azərbaycan Beynəlxalq nəşr tərəfindən ilin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bankı seçildi!

®Hər zaman real sektorun inkişafına böyük əhəmiyyət verən Ziraat Bank Azərbaycan xarici ticarət istiqamətində göstərdiyi xidmətə görə Beynəlxalq nəşr tərəfindən mükafatlandırılıb. Belə ki, xarici ticarət əməliyyatlarında təqdim etdiyi xidmətlərin keyfiyyəti, innovativliyi və müştəri yönümlülüyünü nəzərə alaraq, əsaslı seçim prosesinin nəticəsində bu il “Global Finance” jurnalı Ziraat Bank Azərbaycanı “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” nominasiyasına layiq görüb. Bu haqda məlumat jurnalın rəsmi saytında açıqlanıb. Link: https://bit.ly/3JAiNwe 

Qeyd edək ki, Ziraat Bank Azərbaycan, dünyanın 18 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olduğundan, ticarət bazarında digər rəqibləri ilə müqayisədə müştərilərinə daha əlverişli və sürətli xidmət göstərmək imkanına malikdir. Bank tərəfindən verilən məlumata əsasən xarici ticarət xidmətləri üzrə müştərilərə konsultasiya xidməti və individual yanaşma tətbiq edilir. Həmçinin bank tərəfindən məhsul və xidmət çeşidliliyinin genişləndirilməsi ilə yanaşı,  Ziraat Maliyyə Qrupunun fəaliyyət göstərdiyi 18 ölkə arasında əməkdaşlığın stimullaşdırılması məqsədilə ümumi bir portalın hazırlandığı qeyd edilmişdir.   

02 Ziraat bank l Global Finance

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

 

Son xəbərlər
Digər xəbərlər
X