“Ziraat Bank Azərbaycan” 2017-ci ilin 3-cü rübünü 3,15 mln. manat mənfəətlə tamamlayıb.
Banker.az bu barədə bankın maliyyə göstəricilərinə istinadən yazır.
Məlumata görə, hesabat dövründə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 3-cü rübdə 16,7 mln. manat artaraq 167,8 mln. manata yaxın olub. Bankın cəmi kapitalı da 4% artaraq hesabat dövründə 64,3 mln. manat olub.
Bankın kredit portfeli və depozit fortfeli artıb
Cari ilin ilk rübü ilə müqayisədə 3-cü rüb kredit portfeli 28%-ə yaxın böyüyərək 70,2 mln. manata yaxın olub. Bu portfelin də 100%-ni xalis kreditlər təşkil edir.
Depozit portfeli ilin ilk rübündə 48 mln manat olduğu halda 9 ayın sonund artaraq 61,2 mln. manatı ötüb.