“Ziraat Bank Azərbaycan” ASC bu ilin III rübünü 3 milyon 899 min manat mənfəətlə başa vurub. 2020-c ilin eyni dövründə isə bankın mənfəəti 1 milyon 940 min manat idi.
Banker.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2 dəfə çoxdur.
Yanvar-sentyabr aylarında “Ziraat Bank Azərbaycan”ın gəlirləri 23 milyon 435 min manat , xərcləri 15 milyon 138 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 1 milyon 291 min manat təşkil edib.
Bu il oktyabrın 1-nə “Ziraat Bank Azərbaycan”ın aktivləri 340 milyon 848 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 14% çoxdur. Bunun 189 milyon 523 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Bankın kredit portfeli 20% böyüyüb.
Xatırladaq ki, “Zıraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i Türkiyənin “Ziraat Bank”ına, 0,01 %-i “Zıraat Sıgorta” şirkətinə, 0,01 %-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.