“Ziraat Bank Azərbaycan” ASC (Türkiyənin “Ziraat Bankası”nın törəmə strukturu) biznes proseslərini “Elektron Hökumət” portalı vasitəsilə avtomatlaşdırmaq niyyətindədir.
Banker.az Elektron Hökumət portalına istinadən məlumat verir ki, əməkdaşlıq üçün portal və bank nümayəndələrinin görüşü keçirilib.
Görüş zamanı bank nümayəndələri bildiriblər ki, portal vasitəsi ilə müştərilərlə əməliyyatların əksəriyyətini avtomatlaşdırmağı planlaşdırırlar. Bu, müştərilərə xidmət prosesini sürətləndirməyə imkan verəcək.
Bundan əlavə, görüşdə internet bankçılıq və elektron arayışlar barəsində də müzakirələr aparılıb.