-1 C
Baku
Sunday, December 15, 2024

“Ziraat Bank Azərbaycan”ın gəlirləri və mənfəəti artıb

“Zıraat Bank Azərbaycan” ASC bu ilin II rübünü 1 milyon 918 min manat  manat mənfəətlə başa vurub ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10% çoxdur.

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “Zıraat Bank Azərbaycan”ın gəlirləri 14 milyon 835 min manat (illik müqayisədə 29% çox), xərcləri 10 milyon 158 min manat (33% çox) təşkil edib.

Bu il iyulun 1-nə “Zıraat Bank Azərbaycan”ın aktivləri 349 milyon 688 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 27.4% çoxdur. Bunun 173 milyon 69 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 24.3% böyüyüb.

Hesabat dövründə “Zıraat Bank Azərbaycan”ın öhdəlikləri 36% artaraq 273 milyon 44 min manata, o cümlədən depozit portfeli 59% artaraq 189 milyon 248 min manata, balans kapitalı isə 5% artaraq 76 milyon 645 min manata çatıb.

 

Son xəbərlər
Digər xəbərlər