29 C
Baku
Friday, June 14, 2024

Ziya Əliyev: Sığorta bazarında yığımların həcmi rekord 1.2 mlrd. manatı ötüb

2023-cü ildə sığorta bazarında yığımların həcmi rekord həddə çataraq 1.2 mlrd. manatı ötüb. Azərbaycanda sığortalanan predmetlərin sayı 7.3 milyona yaxındır.

Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” konfransında çıxışı zamanı deyib.

“Sığorta risklərinə verilən təminatın həcmi isə yarım trilyon manatı ötüb ki, bu da ÜDM-in dörd qatından çoxdur. Sığorta ödənişlərinin həcmi 600 milyon manata çatıb. Sektorun aktivləri isə 2 mlrd. manata yüksəlib”, – deyə baş direktor əlavə edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər