15 C
Baku
Friday, May 10, 2024

Zorana Mixayloviç: “Serbiya Azərbaycanla qaz tədarükünü müzakirə edir”

Serbiya Azərbaycanla interkonnektor vasitəsilə qaz tədarükü məsələsini müzakirə edir.

Banker.az xəbər verir ki, bunu Serbiya baş nazirinin müavini, dağ-mədən sənayesi və energetika naziri Zorana Mixayloviç Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

“Biz energetika naziri Pərviz Şahbazovla Azərbaycan qazının interkonnektor vasitəsilə tədarükü məsələsini müzakirə etdik”, – deyə o bildirib.

Onun sözlərinə görə, Serbiya Rusiyadan enerji ehtiyatları tədarükündən 100 faiz asılıdır, ona görə də tədarükün şaxələndirilməsi çox vacibdir.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər