26 C
Baku
Saturday, July 27, 2024

Zuckerberg “Apple” şirkətini ədalətsiz rəqabətdə günahlandırıb

“Facebook”un icraçı direktoru Mark Zuckerberg “Apple” şirkətini “iMessage” mesajlaşma tətbiqinə görə ədalətsiz rəqabətdə günahlandırıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

O, həm də şirkətin gizlilik siyasətini dəyişdirmək planlarını tənqid edib.

Milyarderin fikrincə, “Apple” hər vasitə ilə “iMessage” və digər xidmətlərini dəstəkləyir.

“iMessage” – “Apple” ekosisteminin əsasını təşkil edən sistemdir. O, “iPhone” lara əvvəlcədən quraşdırılır, buna görə də ABŞ üzrə ən çox istifadə edilən messencer məhz “iMessage”dır.

“Facebook”un rəhbəri hesab edir ki, kontekstli reklam sahəsində gizlililik siyasətindəki dəyişiklik kiçik şirkətlərin müştərilərə çıxışını çətinləşdirəcək. O, “Apple”ın “rəqiblərinin maraqlarını izlədiyini” vurğulayıb.

iOS sisteminin yenilənməsi ilə bağlı öz narahatlığını “Facebook”un maliyyə direktoru Devid Vener də bildirmişdir. Onun sözlərinə görə, yaxın bir ildə reklam bazarındakı mümkün problemlərə baxmayaraq, şirkət mənfəətini artırmağa davam edəcək.

Qeyd edək ki, 2020-ci ildə “Facebook” 29.1 milyard dollar xalis mənfəət əldə edib ki, bu da 2019-cu illə müqayisədə 1.5 dəfə çoxdur. Ümumilikdə, sosial şəbəkənin günlük auditoriyası 1.84 milyard nəfər təşkil edir.

Son xəbərlər
Digər xəbərlər