9 C
Baku
Friday, December 13, 2024

Zukerberq Maskla Kolizeydə döyüşməkdən imtina edib

“Meta” korporasiyasının baş direktoru Mark Zukerberq Kolizeydə döyüşməkdən imtina edib. Bu barədə “X” sosial şəbəkəsinin (keçmiş “Twitter”) sahibi İlon Mask məlumat verib.

“İtaliya nəzakətlə Kolizeyi təklif edib. Zak imtina eləyib. Görəsən, onun döyüşəcəyi yer haradır?”, – deyə Mask yazıb.

“X”in rəhbərinin sözlərinə görə, alternativ olaraq o, “təhlükəsiz yerdə” – öz evində döyüşməyi təklif edib. Zukerberq buna cavab olaraq səfərdə olduğunu deyib.

Xatırladaq ki, Mark Zukerberq avqustun əvvəlində Maskla döyüşməyə hazır olduğunu bildirib və 26 avqust tarixini seçib. Həmin gün Mask boynunun və kürəyinin MRT-dən keçəcəyini bildirib. O, sumo güləşçisi ilə döyüşdən sonra bel ağrısından şikayətlənib.

Ümumilikdə, döyüş keçirməyi İlon Mask təklif edib. Buna səbəb “Meta”nın “Twitter”ə rəqib olan “Threads” tətbiqini yaratması olub.

Son xəbərlər
Digər xəbərlər