7 C
Baku
Sunday, December 15, 2024

Zurabişvili Azərbaycan Prezidentinin ona təklifini açıqlayıb

Gürcüstan prezidenti Salome Zurabişvili azərbaycanlı həmkarı İlham Əliyevi Tbilisi və Brüssel arasında tərəfdaşlığın 10 illiyinə həsr olunan Gürcüstan-Avropa İttifaqı Batumi konfransında iştiraka dəvət edib.

“Cənab prezidenti (İlham Əliyevi – İF) Batumi konfransına dəvət etdim. Bu, bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq”, – S.Zurabişvili bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışında bildirib.

Onun sözlərinə görə, konfransda “nəqliyyat məsələsi əsas mövzu olacaq”. “Biz birgə baxışlarımızı nümayiş etdirə bilərik”, – S.Zurabişvili qeyd edib.

Onun sözlərinə görə, İ.Əliyevlə görüş zamanı Azərbaycan lideri nəqliyyat imkanlarının Çində birgə təqdimatını keçirməyi təklif edib. “Bunlar bugünkü potensialımızın reallığa çevrilməsi və perspektivlərimiz üçün çox vacibdir. Əminəm ki, bu, nəinki perspektivdir, bu, bizim sabahımız üçün əhəmiyyətlidir”, – S.Zurabişvili vurğulayıb.

O cümlədən, Gürcüstan prezidenti bildirib ki, irimiqyaslı layihələrin icrası Bakı və Tbilisinin gündəliyindədir. “Birgə səylərlə irimiqyaslı layihələri həyata kemurdik. Biz bütün dünyaya göstərdik ki, bu region mərkəzi regiondur, bu dəhliz sabit dəhlizdir və bu regiona böyük investisiyalar qoymaq olar. İndi qarşımızda duran əsas məqsəd daha böyükmiqyaslı layihələri gündəmə gətirməkdir”, – S.Zurabişvili əlavə edib.

O vurğulayıb ki, nəqliyyat dəhlizləri Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın təməl daşıdır. Asiyanın və Avropanın birləşdirilməsi çox mühüm məsələdir və biz bu yolla gedirik. Bu, ən qısa yoldur, lakin biz hələ bu yolun imkanlarını tam inkişaf etdirməmişik və bu, bizdən asılıdır”, – prezident qeyd edib.

S.Zurabişvili Xəzər dənizində nəqliyyat məsələlərinin həllinin vacibliyini vurğulayıb. “Xəzər dənizində nəqliyyat tam inkişaf etdirilməlidir. Avropa İttifaqının dəstəyi ilə biz Qara dənizdəki imkanlar üzərində işləyirik. Rumıniya, Bolqarıstan və Gürcüstan limanları arasında əlaqələri və logistikanı Avropa İttifaqının dəstəyi ilə inkişaf etdirmək istəyirik. Biz bu istiqamətdə də ümumi investisiyalar cəlb etməyə hazırıq. Biz Azərbaycanla birlikdə bu imkanlardan sona qədər istifadə etməliyik”, – prezident bildirib.

Son xəbərlər
Digər xəbərlər