26 C
Baku
Sunday, June 23, 2024

Bakıda dönərdə bağırsaq çöpü aşkarlanıb, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 70 və Rüstəm Rüstəmov küçəsi, ev 29 küçələrinin kəsişməsində fəaliyyət “1inci Dönər” ictimai iaşə müəssisəsində monitorinq keçirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinq zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.

Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçirilmədən fəaliyyət göstərdiyi, istifadə olunan avadanlıqların tamlığının pozulduğu, işçilərin əllərinin, məhsulların və avadanlıqların yuyulması üçün ayrıca yuma çanağının təşkil edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə təmin olunmadığı,  mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Monitorinq zamanı götürülmüş məhsulların Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində toyuq əti dönərində insan sağlamlığı üçün təhlükəli hesab olunan bağırsaq çöpü aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, müəssisənin fəaliyyəti dayandırılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər