3 C
Baku
Saturday, December 14, 2024

Yaponiyanın məşhur avtomobil brendi elektromobil alışının artmasına görə Çindəki istehsalını azaldır

Yaponiyanın tanınmış avtomobil korporasiyası “Nissan Motor” satışın zəifləməsi səbəbindən Çindəki istehsalını təxminən 10 faiz azaldıb.

Səbəb Çin bazarında “yaşıl avtomobil”lərə (elektrik mühərrikli avtomobil) marağın sürətlə çoxalması fonunda ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrinin satışının azalmasıdır.

“Nissan”ın Çinin Çancou şəhərindəki müştərək müəssisəsində SUV modellərin istehsalı azaldılıb. İllik istehsal gücü 130 min avtomobil olan Çancoudakı zavod “Nissan”ın Çindəki ümumi istehsalının təxminən 10 faizini təmin edir. Şirkət Çin bazarında strategiyasını dəyişməyi də nəzərdən keçirir.

Qeyd edək ki, Yaponiyanın digər tanınmış istehsalçılarından “Mitsubishi Motors” ötən il Çindəki fəaliyyətini dayandırıb, “Honda Motor” isə könüllü ixtisar yolu ilə istehsalı azaldır.

Son xəbərlər
Digər xəbərlər