22 C
Baku
Friday, April 26, 2024

Borc içində batmamaq üçün borcu necə götürmək lazımdır?

Borc insanı depressiyaya qədər sürükləyə, dostluğu poza və həyatı məhv edə bilər. Xoşbəxtlikdən ehtiyatlı davranaraq və bir neçə qaydaya əməl edərək bundan xilas olmaq olar.

Banker.az borc və kreditlərdən qaçmağa kömək edən bir neçə qaydadan bəhs edəcək:

Riskləri qiymətləndirin

Üzərinizə borc öhdəlikləri götürməzdən əvvəl, bunun sizin üçün ən pis halda nə ilə başa çata biləcəyini təsəvvür edin. Əgər dostunuzdan borc götürmək istəyirsinizsə, borcunuzu qaytara bilməyəcəyiniz halda nə baş verəcəyi barədə düşünün. Şəxsi maliyyə – dostluğun aid olmamalı olduğu qadağan olunmuş bölgədir. Borclar ortaq biznes kimi çox sayda münasibətə son qoyub.

Böyük məbləğdə kredit götürməyi planlaşdırırsınızsa, cari iş yerinizdə vəzifənizin nə qədər möhkəm olduğunu, maliyyə təhlükəsizlik yastığınızın olub, olmadığını düşünün. Böyük məbləğdə borca sahib olunan zaman yaranan işdən qovulmaq qorxusu və ehtiyat vəsaitlərin olmaması insanı depressiyaya qədər apara bilər.

Nə qədər borc pul götürə biləcəyinizi hesablayın

Ay ərzində ən vacib xərclərinizi götürün: mənzilin icarə haqqı, ərzaq məhsulları, nəqliyyat, uşağa sərf edilən xərclər. Alınan məbləği əmək haqqınızdan çıxın, geri qalan məbləği isə ikiyə bölün. Əldə etdiyiniz məbləğ aylıq olaraq kredit üçün ödəyə biləcəyiniz məbləğdir. Adətən bu əmək haqqının 20-30%-ni təşkil edir.

Düşünmədən və yuxarıda qeyd edildiyi kimi etmədən kredit əldə etdikdə, istənilən gözlənilməz hadisə – istər xəstəlik, istər mənzildə təcili təmir, istərsə də yeni bir şey almaq mütləqliyi sizi maliyyə cəhətdən əldən salacaq və pulsuz qoyacaq.

Ümumilikdə, daha rahat ödəniş rejimi istəyirsinizsə, imkan daxilində uzun müddətli kiçik məbləğ borc götürün.

Sizə həqiqətən də borc lazım olduğuna əmin olun

Banka kreditlə bağlı və yaxud dostunuza borcla bağlı müraciət etməzdən əvvəl kreditsiz heç mi mümkün olmadığına əmin olun. Bəlkə, hər hansı əyləncədən və lazımsız xərclərdən pul qənaət edə bilərsiniz?

Həmçinin əlavə gəlir yerləri barədə düşünün. Arzusunda olduğunuz əşyanı alana qədər sərbəst vaxtlarınızda işləyin. Bu cür yanaşma tərzi nəinki kreditdən qaçmağa kömək edəcək, həmçinin sözügedən əşyanın sizə həqiqətən də lazım olub, olmadığını aydınlaşdırmağa kömək edəcək.

İstirahətinizi qurban verərək və yaxud əyləncələrinizdən imtina edərək pul qazandıqda, pulların dəyərini bilməyə başlayacaqsınız.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər