Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın paytaxtı Moskva şəhərində 2-ci Xəzər İqtisadi Forumunda iştirak edəcək.
Banker.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Qeyd edək ki, Əli Əsədov Rusiya hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Rusiyaya işgüzar səfər edib.
Səfər çərçivəsində Baş nazir, həmçinin bir sıra Xəzəryanı ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.