2 C
Baku
Saturday, December 14, 2024

“ƏDV geri al”ın asan yolu: QR ilə necə kodu necə əldə etmək olar?

Vergi Məcəlləsinə 1 yanvar 2019-cu ildən əlavə edilən 165.5-ci maddə ilə fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması müəyyən edilmiş, həmin proseduru tənzimləyən müvafiq qaydalar isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 21 mart 2020-ci ildə təsdiq edilmişdir. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15 faizini, nağd ödənişlərdə isə 10 faizini təşkil edir. 

Artıq 2020-ci ilin may ayından etibarən bu platforma işə düşüb. Bildiyiniz kimi, alıcılar alış-verişdən sonra əldə etdikləri çeklər üzərində olan fiskal İD və ya “BirBank” mobil tətbiqi ilə portala (QR kodla) kodları daxil edərək (edvgerial.az) “cash back” qazanmalı olurlar.

Fiskal İD ilə bəzi şəxslər üçün vaxt baxımından oradakı kodu daxil edib, portaldakı tələb olunan hissəyə köçürmək o qədər asan olmur. Lakin, üstünüzdə “QR” kodu dəstəkləyən smartfon vardırsa, həmin fiskal İD-ni köçürmək daha asan olacaq.

Smartfonların bəzilərində (bura iPhone, Xiaomi və s.)  kamera hissəsində avtomatik olaraq, QR kodu dəstəkləyən funksiya var. Əgər bunu dəstəkləmirsə o zaman proqramlar mağazası (App Store, Google Play və ya App Gallery) üzərindən yükləməklə əldə edə bilərsiniz.

1. Telefonunuzu kamerasını və ya QR kodu dəstəkləyən proqram vasitəsi ilə QR koda yaxınlaşdırın. Həmin zaman sizə çekinizin onlayn formasını (monitoring.e-kassa.gov.az) təqdim edəcək.

unnamed copy

2. Onlayn çekinizin (kağız çekdə olduğu kimi) aşağı hissəsində fiskal İD-ni göstərir. Həmin İD-ni köçürmək ( və ya copy /копиривать) etməklə, qeydiyyatdan (necə qeydiyyatdan keçməli?) keçdiyiniz edvgerial.az saytındakı fiskal İD-nin tələb etdiyi hissəyə yapışdırmaqla (paste/вставить) ƏDV-də olan “cash back”i əldə edə biləcəksiniz.

fd23f9ad c139 49d9 b774 9570aac4144bf451c313 6b0a 4d57 bd85 2c47b88d55c3 copy

Son xəbərlər
Digər xəbərlər