18 C
Baku
Monday, April 29, 2024

Əfqanıstanda gözəllik salonları qadağan edilib

Taliban hökuməti Əfqanıstanda qadınlar üçün gözəllik salonlarının bağlanmasını tələb edib. Bildirilir ki, onlar bir ay ərzində bağlanmalıdır, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Qadınlar üçün gözəllik salonlarının bağlanması üçün bir ay verilib”, – Əfqanıstanın nazirliklərindən birinin sözçüsü Məhəmməd Sadiq Akif bildirib. Qadağa Kabil və Əfqanıstanın digər əyalətlərində tətbiq olunacaq.

Taliban 2021-ci ildə Əfqanıstanda hakimiyyətə gəlib. Hərəkat əvvəlcə qadınların hüquqlarını məhdudlaşdırmayacağına söz verib, lakin zamanla qadınlara məktəbə getmək və ali təhsil almaq, bir sıra sənaye sahələrində işləmək, kişi qohumunun müşayiəti olmadan səyahət etmək qadağan edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər