Azərbaycanda inflyasiya 2031-ci ilə qədər 4,3 %-ə enəcək

Azərbaycan hökuməti 2027-2030-cu illərdə orta illik inflyasiyanın azalacağını proqnozlaşdırır.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2026-cı ilin sonuna ölkədə orta illik inflyasiya 5,7 % təşkil edəcək.

Proqnozlara görə, 2027-ci ildə Azərbaycanda orta illik inflyasiya 5,3 %-ə qədər enəcək.

Bildirlib ki, 2028-ci ildə orta illik inflyasiyanın 4,8 %, 2029-cu ildə – 4,6 %, 2030-cu ildə isə – 4,3 % səviyyəsində olacağı gözlənilir.

Qeyd edək ki, 2025-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,6 % təşkil edib.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər