Azərbaycanın vergi orqanlarının büdcə öhdəliyi 9 % artırılır

2027-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin büdcəyə 18 milyard 430 milyon manat vəsait köçürəcəyi gözlənilir.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9 % çoxdur.

Dövlət Vergi Xidmətinin xətti ilə proqnozlaşdırılan daxilolmaların 80,6 %-i və yaxud 14 milyard 850 milyon manatı qeyri-neft-qaz sektorunun, 19,4 %-i və yaxud 3 milyard 580 milyon manatı neft-qaz sektorunun payına düşür.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər