31 dekabr 2019-cu il tarixinə banklarda fiziki şəxslərin depozitləri 8 milyard 508 milyon manat təşkil edib.
Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Noyabr ayının sonu ilə müqayisədə dekabrda fiziki şəxslərin depozitləri 55 milyon manat azalıb. Dekabrda tələbli depozitlərdəki azalma cəmi depozitlərin azaltmasına təsir göstərib.
Depozitlər müddətli və tələbli depozitlərdən ibarətdir. 2019-cu ilin dekabrında müddətli depozitlər cəmi 5 milyard 659 milyon manat, tələbli depozitlər isə 2 milyard 849 milyon manat olub. Aylıq müqayisədə dekabr ayında müddətli depozitlər 112 milyon manat və ya 8% artıb, tələbli depozitlər isə 167 milyon manat və yaxud 5,5% azalıb.
2018-ci ilin sonunda fiziki şəxslərin depozitləri 8 milyard 270 milyon manat, o cümlədən müddətli depozitlər 5 milyard 479 milyon manat, tələbli depozitlər 2 milyard 791 milyon manat təşkil etmişdi. Belə ki, 2019-cu ilin sonunda fiziki şəxslərin depozitləri ümumilikdə illik müqayisədə 238 milyon manat, müddətli depozitlər 180 milyon manat, tələbli depozitlər isə 58 milyon manat artıb.