2 C
Baku
Saturday, December 14, 2024

Əhalinin Azərbaycandan xaricə pul köçürmələri 18% artıb

Azərbaycanda 2021-ci ildə təkrar gəlirlər (pul baratları – köçürmələri, humanitar yardımlar, qrantlar və s.) üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 2 mlrd. dollar məbləğində qiymətləndirilib.

Daxilolmalar 1.2 mlrd. dollar, ödənişlər isə 0.8 mlrd. dollar təşkil etmişdir.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91.9%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 6.2%-i ölkəyə gətirilən humanitar və yardım mallarının həcmi, 1.9%-i isə digər daxilolmalar təşkil edir.

Ölkəyə göndərilən pul baratlarının həcmi 3.6% artaraq 1.2 mlrd. dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 18.9% artaraq 0.7 mlrd. dollar olmuşdur.

Nəticədə pul baratları üzrə 0.5 mlrd. dollar müsbət saldo yaranmışdır. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 460 mln. dollar(17.6% azalma) təşkil etmişdir.

3424234232323

Son xəbərlər
Digər xəbərlər