1 C
Baku
Saturday, December 14, 2024

Əhalinin banklardakı əmanətləri 11 milyard manata yaxınlaşır

01 avqust 2022-ci il tarixində əhalinin banklardakı cəmi əmanətləri 10 milyard 817.1 milyon manata çatıb. İyulun 1-də cəmi əhalinin əmanətləri 10 milyard 596.2 milyon manat təşkil etmişdi. Beləliklə iyul ayında əhalinin əmanətləri 220.9 milyon manat artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Həmçinin əhalinin əmanətləri mayda 10 593.2 milyon manat, apreldə 10515.4 milyon manat, martda 10372 milyon manat olub.

 

Son xəbərlər
Digər xəbərlər