-1 C
Baku
Sunday, December 15, 2024

Əhalinin “yastığı altından” dolların banklara axını sürətlənir – Son üç ayda $145 mln.

BANKER.AZ — Azərbaycanda iyun gözlənildiyi kimi əhalinin nağd ABŞ dollarının banklara axının çox olduğu bir ay oldu və üç aydır ki, əhalidən banklara istiqamət axını var.

Banker.az xəbər verir ki, 2022-ci ilin iyun ayı ərzində banklar əhalidən nağd olaraq $249.57 aldıqları halda, əhaliyə $177.22 mln. dolları satıblar.

Bu da o deməkdir ki, iyun ayı da əhalinin “yastıq altında” olan daha $72.35 mln.  banklara axın olub.

Əhalidən banklara axını apreldən başlayıb. Həmin ayda ölkənin tədiyyə balansında profisitin olması ilə bağlı statistika və eləcə də yeni baş bankir Taleh Kazmovun əhalini və iş adamlarını USD/AZN-nin 1.7000-da sələfi kimi toxunulmaz saxlayacağına dair işarəsi valyuta bazarında hərəkətliliyi bir qədər səngidir.

Ölkənin ixracda əsas gəliri artıq təkcə neft deyil. İndi az qala onun qədər valyuta gətirməsinə dəstək olan təbii qaz da var. Qazın qiyməti öncəki ildən iki-üç dəfə baha satılır ki, bu da Azərbaycana daxil olan valyuta axınını sürətləndirir.

Aprel, may və iyun aylarında cəmi olaraq hesablasaq, $144.6 mln.  əhali tərəfdən banka axını olub. Aylar üzrə müvafiq olaraq $3.6 mln., $68.6 mln. və $72.3 mln.-luq bankların əhalidən aldığı satdığını üstələyir.4545546 e1659008293775

2022-ci ilin iyununda ARDNF-dən bankların aldığı dollar tələbi cəmi 278.3 mln. dollar olmuşdu, bu son illərin ən aşağı göstəricisi idi. İyul ayı üzrə də vəziyyət eynidir. Məsələn, iyulun plan üzrə bütün hərracları bu gün yekunlaşdı. Banker.az-ın hesablamalarına görə cəmi $212.4 mln. satılıb. Bu onu deməyə əsas verir ki, ölkədə dollar bolluğu olduğundan banklar hərraclarda iştiraka maraqlı deyil.

Lakin, ilin ilk altı ayı ərzində banklar əhalidən  950.53 mln. aldıqları halda, onlara 1 mlrd. 307.42 mln. satıblar. Yarım ilin ilk rübündə dollara olan yüksək tələb vardı. Bu da yarım ildə hələki dollar axının 356.9 mln. manat banklardan yastıq altına axması deməkdir.

Son xəbərlər
Digər xəbərlər