Əmək bazarında sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9.6 faiz artaraq 895.3 milyon manat təşkil edib, proqnoz 113.6 faiz icra edilib.
Banker.az Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13.8 faiz artıb, proqnoz 115.9 faiz icra edilib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 9.8 faiz artaraq 30.3 milyon manat təşkil edib, proqnoz 112.1 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 15.7 faiz artıb, proqnoz 110.9 faiz icra edilib.