9 C
Baku
Thursday, December 12, 2024

Əmək haqqı müəyyən edilə bilməyən hallarda vergi necə tutulur?

Şəxslə əmək müqaviləsi bağlanmayıb, onun əmək haqqısın müəyyən etmək qeyri mümkündür. Belə olan halda vergi necə tutulur?

Bu sualı İqtisadçı-ekspert Rauf Qarayev Banker.az üçün cavablandırmışdır.

Bu suala Azərbaycan Rspublikasının Vergi Məcəlləsinin 67.5. maddəsinə əsasən muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyri-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. Statistik hesablamaya əsasən 2018-ci il yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqısı 542 manat müəyyən olunmuşdur. Bu halda işçinin əmək haqqısından vergilər 542 manat məbləğindən çıxılacaq.

Son xəbərlər
Digər xəbərlər