9 C
Baku
Friday, December 13, 2024

Əmək haqqımız bizə yetmirsə, nə etməli?

Əgər sizə sizin əmək haqqınız yetmirsə, nə etmək lazımdır? Bəzən ən vacib ehtiyaclarımızı ödəmək üçün belə bizə əmək haqqımız yetmir. Əfsuslar olsun ki, bir çox insan belə bir acınacaqlı vəziyyətlə üzləşməli olur.

Bəs aşağı əmək haqqı alan insanlar nə etməlidirlər? İşlərini, ixtisaslarını və yaşayış yerlərinimi dəyişməlidirlər?

Doğrudandamı digər çıxış yolu yoxdur?

Bizim həyatımızda daim problemlər olacaq. Dolların, yeni valyutanın dəyəri qalxacaq, enəcək. Bu hər zaman belə davam edəcək.

Belə hallara sadəcə olaraq mənən hazır olmaq lazımdır.

Özünüzü maliyyə cəhətdən inkişaf etdirin və öyrəndiyiniz maliyyə qaydalarına riayət etməyə çalışın. Yəni, hər bir insanın ehtiyyat pul vəsaitləri (nağd və yaxud depozit şəklində) olmalıdır; müxtəlif valyutalar almalı; öz əsas gəlir mənbələrindən asılı olmamalıdırlar.

Çalışın daim öz pul qazanma bacarığınızı inkişaf etdirin.

Daim öz üzərinizdə çalışmağa hazır olun, yeni bacarıqlar əldə etməyə cəhd edin. Əfsuslar olsun ki, sizin maliyyə vəziyyətinizi düzəldəcək vahid bir üsul mövcud deyil. Sehirli çubuqlar olmur. Möcüzələri biz özümüz yaradırıq. Bunu yadda saxlayın.

Daim əlavə gəlir mənbələri axtarın.

Son xəbərlər
Digər xəbərlər