Rəhbərlikdən əmək haqqının artırılmasını tələb etmək mənəvi cəhətdən elə də asan deyil. Lakin bir neçə üsullar vardır ki, bunlar sizin uğur şanslarınızı artıracaq. Əmək haqqının ödənilməsi hər bir əməkdaş üçün individualdır. Bəzi şirkətlərdə eyni şöbədə işləyən iki əməkdaşın aldıqları əmək haqqı bir-birindən çox fərqlənə bilər. Əgər siz hazırda aldığınız maaşdan daha artığına layiq olduğunuzu düşünürsünüzsə o zaman bütün gücünüzü toplayaraq rəhbərliklə söhbətə başlaya bilərsiniz. Rədd cavabı almaq şanslarınızı azaltmaq üçün isə sizə bir neçə üsul kömək edə bilər.
Avans oyunu:
Əmək haqqının artırılmasına nail olmaq üçün ən doğru üsullardan biri – bu haqda hələ müsahibə zamanı razılığa gəlməkdir. Hər nə olursa olsun, bu sualı ilk addımdan həll etməyə çalışın. Əgər siz həqiqətən də yaxşı bir mütəxəssissinizsə onda şirkət sözsüz sizinlə razılaşacaq.
Tutarlı arqument:
Əgər hansısa bir əməkdaşınızın işdən qovulması səbəbindən onun işlərini müvəqqəti olaraq siz yerinə yetirirsinizsə və hiss edirsinizsə ki, gələcəkdə də bunu davam etdirə bilərsiniz, o zaman rəhbərliyə bir təkliflə müraciət edə bilərsiniz. Bu təklifiniz ondan ibarət olacaq ki, əgər maaşınız artırılsa siz həm öz işinizi, həm də qovulan əməkdaşın işini yerinə yetirə bilərsiniz. Əgər bu halda şirkət bununla qənaət edəcəyini düşünsə sizinlə razılaşacaq.
Bazarda vəziyyət:
Hazırda sizin aid olduğunuz sahə üzrə əmək haqlarının statistikasını tərtib edin və rəhbərliklə söhbət zamanı bazardakı hazır ki vəziyyəti ona da xatırladın. Bəzən rəhbərlik aktual əmək haqqı təklifləri barədə yeni məlumatlara sahib olmurlar. Lakin bir faktı qeyd etmək lazımdır ki, bu statistikanı təqdim etdikdə sizin aldığınız əmək haqqı orta göstəricidən aşağı olmalıdır.
Ultimatum:
“Ya əmək haqqını artırın, ya da mən istefa edirəm” – çox radikal metoddur. Sözsüz ki, burada risk böyükdür. Yox əgər artıq başqa alternativ variantınız yoxdursa sınaqdan keçirə bilərsiniz. Yaxşı olardı ki, bu üsulu əmək bazarında öz dəyərinə güvənən insanlar istifadə etsinlər. Bəzən bu üsul öz üstünlüyünüzü xatırlatmaq və narazılığınızı bildirmək üçün yeganə vasitə rolunda çıxış edir.
Yersiz səbəblər:
Öz tələbinizi şəxsi problemlər – xəstəlik, valideynlərlə bağlı problemlər, kredit borcları və s. ilə əsaslandırmayın. Bu halda əmək haqqının artırılmasını tələb etməkdənsə ən yaxşısı maliyyə yardımının göstərilməsini xahiş etməkdir.