Əmək müqavilələri hansı formada etibarsız edilə bilər?
Banker.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə “Əmək və Məşğulluq” alt sistemində əmək müqavilələri sistemə daxil edildikdən sonra qaralama rejimində yadda saxlanılır.
Sistemdə müqavilə bildirişi imzalanmazdan əvvəl ona düzəliş etmək və ya ləğv etmək funksionallığı mövcuddur. Müqavilə bildirişinə diqqətli şəkildə baxış edərək imzalanması tövsiyyə olunur. Qeyd olunmuş əməliyyatlar müqavilə bildirişi imzalananadək mümkün olacaq.