15 C
Baku
Friday, March 29, 2024

Əməyin mühafizə fonduna dair maddədə dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Əmək Məcəlləsinin 221-ci maddəsinin 2-ci hissəsinin ikinci, üçüncü və dördüncü abzasları ləğv edilməsinə dair qanunu təsdiqləyib.

Maddə 221. Əməyin mühafizəsi fondu

  1. Dövlət və müəssisələr səviyyəsində əməyin mühafizəsifondu yaradıla bilər. Dövlət Əməyin Mühafizəsi Fondu müvafiq icra hakimiyyəti tərəfindən təsis edilir.
  2. Dövlət Əməyin Mühafizəsi Fondu:
  • dövlət büdcəsindən ayırmalar;
  • müəssisələrin mənfəətindən ayırmalar
  • əməyin mühafizəsi normalarını və qaydalarını pozan inzibati qaydada cəzalanmış vəzifəli şəxslərin ödədikləri cərimələrin qanunvericiliklə müəyyən edilmiş hissəsi;
  • müəssisələrin, vətəndaşların könüllü ödəmələri və başqa ödəmələr hesabına təşkil edilir.
  1. Müəssisə üzrə fond işəgötürən tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik tədbirlərinə ayırdığı vəsaitin hesabına yaradılır.
  2. Dövlət Əməyin Mühafizəsi Fondunun idarə olunması və onun vəsaitlərindən istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamədə nəzərdə tutulan qaydada həyata keçirilir.
  3. Müəssisədə əməyin mühafizəsi fondunun vəsaiti yalnız işçilərin əmək şəraitinin və təhlükəsizliyinin normativ tələblərə çatdırılması və ya müəssisədə mövcud olan əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi tədbirlərində istifadə edilə bilər.
Son xəbərlər
Digər xəbərlər