22 C
Baku
Friday, April 26, 2024

Əmanətlərin Sığortalanması Fondu ADA Universitetində 3 gün davam edən təlim keçirib

®Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Maliyyə sabitliyində risklərin effektiv idarə edilməsinin rolu” adlı 3 gün davam edən təlim keçirilmişdir.

Təlimdə təcrübəli və peşəkar natiqlər tərəfindən tələbələrə risk nəzəriyyələrinin qavranması və praktiki risklərin idarə edilməsi bacarıqları ilə bağlı geniş məlumat verilmişdir. Spikerlər təlim iştirakçılarını səmərəli risklərin idarə edilməsinin maliyyə sabitliyində rolu, süni intellektin köməyi ilə gözlənilən risklərin müəyyən edilməsi, habelə  böhran zamanı risklərin idarə edilməsi istiqamətində tətbiq olunan tənzimləyici dəyişikliklər mövzularında maarifləndirmişdir. Üç gün davam edən təlim proqramında tələbələr praktiki olaraq investisiya portfelinin effektiv idarə olunması, risklərin qiymətləndirilməsi, azaldılması, o cümlədən onların təsirinin minimuma endirilməsi yolları ilə tanış olmuşlar. 

Təlimlərin sonunda iştirakçılar Fond tərəfindən sertifikat və hədiyyələr ilə təltif edilmişdir. 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər