23 C
Baku
Friday, April 19, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Əmlak girovu ilə hansı banklar kredit verir? – SIYAHI

Əmlak girovu ilə hansı banklar kredit verir? – SIYAHI

0
Əmlak girovu ilə hansı banklar kredit verir? – SIYAHI

İstehlak kreditlərinin növlərindən biri də daşınmaz əmlakın girovu əsasında rəsmiləşdirilən kreditlərdir. Çox vaxt bu kreditləri ipoteka kreditləri ilə səhv salırlar.

Lakin bu tam fərqli bir məhsuldur və İpoteka krediti ilə müqayisədə daha qısa müddətə və daha yuxarı faiz dərəcəsi ilə rəsmiləşdirilir. Kreditin təyinatı isə, ipoteka kreditində olduğu kimi “mənzilin alınması” deyil, istehlak tələbatlarının ödənilməsidir. Bu kreditin İpoteka krediti ilə yeganə oxşar cəhəti  isə, hər iki kredit növündə girov predmeti olaraq mənzil və ya digər yaşayış sahəsinin çıxış etməsidir.

Məlumunuz üzrə adi nağd istehlak kreditləri bəzi istisnaları nəzərə almasaq məbləğ olaraq maksimum 15 000 – 20 000 AZN civarındadır. Həmçinin nağd istehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı Banklar tənzimləyici dövlət qurumu olan Maliyyə Bazarlarına Nəzarət Palatasının hazırladığı bir sıra məhdudiyyətləri və əmsalları (DTİ əmsalı) nəzərə almalıdırlar. Müvafiq əmsalların tətbiq olunmasına görə bəzi müştərilərə zamin təqdim etsələr belə tələbatlarından  daha az kredit təklif edilir. Daşınmaz Əmlak Təminatlı kreditlər sırf bu kimi hallar üçün nəzərdə tutulub və rəsmi gəliri olan şəxslərə daha yüksək məbləğdə kredit məbləğini qaydalar çərçivəsində əldə etməyə zəmin yaradır. Monitorinq qrupumuz yuxarıda qeyd edilən müştəri kateqoriyasının istəklərini və maraqlarını nəzərə alaraq bu mövzuda bazar araşdırması edib. Araşdırma nəticələrini müqayisəli formada aşağıdakı cədvəldə Sizlərə təqdim edirik:

Bank / Şərtlər Bank of Baku Bank Respublika Bank BTB Express Bank Turanbank Rabitə Bank Nikoil Bank
Rəsmi gəlir tələbi ilə Rəsmi gəlir tələbi olmadan
Maksimum məbləğ 70 000 AZN 50 000 AZN 70 000 AZN 40 000 AZN

(girovun maksimum 70-i)

20 000 AZN

(girovun maksimum 40-i)

100 000 AZN 50 000 AZN 100 000 AZN
Müddət 36 ayadək 36 ayadək 36 ayadək 36 ayadək 36 ayadək 36 ayadək 48 ayadək 60 ayadək
İllik Faiz 12 ayadək – 23%

13 – 24 ay – 24%

25 – 36 ay – 25%

12 ayadək – 23%

13 – 24 ay – 24%

25 – 36 ay – 25%

23% 22% 26% 18 ayadək – 22%

19 – 36 ay – 24%

12 ayadək – 20%

13 – 24 ay – 21%

25 – 36 ay – 22%

kreditin girova nisbəti  50%-dən aşağı olarsa 2% endirim edilir

Seçim 1 – 24%

Seçim 2 – 20%

Komissiya 24 ayadək – 1%

25 – 36 ay – 1.5%

12 ayadək – 1%

13 – 24 ay – 1.5%

25 – 36 ay – 2%

0.5% – 1% 1.5% 2% 1% 1% Seçim 1 – 1%

Seçim 2 – 5%