13 C
Baku
Saturday, April 27, 2024

Əmlak Məsələləri Dövlət Komitəsinin ilə bağlı: Bundan sonra satınlamaya icazə verən deyil, qeydiyyatı rəsmləşdirəcək

Prezidentin Əmlak Məsəlləri Dövlət Komitəsinin vəzifələrinə daxil olan bəndi dəyişib.

Banker.az xəbər verir ki, bu fərmani Azərbaycan Prezidenti bu gün imzalayıb.

Dəyişiklər bunlardır:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.18-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“3.0.18. daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının dövlət qeydiyyatını aparmaq və ipoteka kağızına mülkiyyət hüququnu rəsmiləşdirmək;”.

(Əvvəl – 3.0.18. dövlət əmlakının satıcısı səlahiyyətlərini həyata keçirmək, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitlərin) satılmasına razılıq vermək;)

2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”nin 2.3-cü bəndində “İpoteka kağızı verildikdə” sözləri “İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə rəsmiləşdirildikdə” sözləri ilə əvəz edilsin.

(Əvvəl: İpoteka kağızı verildikdə, ipotekanın dövlət qeydiyyatı zamanı dövlət reyestrindən çıxarışda bu barədə məlumat göstərilir.)

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 5.6-cı bəndində “ipoteka kağızının üzərində qanunla” sözləri “ipoteka kağızında “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin.

(5.6. Yenidən maliyyələşdirilməsinə razılıq verilmiş ipoteka krediti, ipoteka kağızının üzərində qanunla müəyyən olunmuş qaydada indossamentlə verilmə qeydi aparılaraq, Fonda ötürülür.)

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər