10 C
Baku
Wednesday, December 11, 2024

Ən böyük kriptovalyuta investisiya fondlarından biri iflas edib

Bir vaxtlar dünyanın ən böyük kriptovalyuta investisiya fondlarından biri olan “Three Arrows” müflis olub, Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Bildirilir ki, Sinqapurda qeydiyyatdan keçmiş fondun nümayəndələri aktivlərini kreditorlardan qorumağa çalışırlar.

Fond 2012-ci ildə İsveçrənin “Credit Suisse” investisiya bankının keçmiş işçiləri Kayl Devis və Zhu Su tərəfindən yaradılıb. 2021-ci ildə o, 10 milyard dollarlıq aktivi idarə edib.

Ekspertlərin fikrincə, bir neçə il əvvəl fond kriptovalyuta bazarının əsas oyunçularından biri olub. Kriptovalyutaların məzənnəsinin aşağı düşməsi ilə əlaqədar onun aktivlərinin dəyəri əhəmiyyətli dərəcədə azalıb. 2022-ci ilin aprelində bu, cəmi 3 milyard dollar olub.

“Three Arrows”un iflası fonunda bir çox şirkət əməliyyatlarını nəzərdən keçirir və kriptovalyuta bazarlarının düşməsi səbəbindən vəsaitlərin çıxarılmasını sərtləşdirir.

Son xəbərlər
Digər xəbərlər