12 C
Baku
Thursday, March 28, 2024

Ən güclü və ən zəif şüalanmaya malik smartfonlar məlum olub

Ekspertlər “Xiaomi” şirkətinin smartfonunu bazarda təqdim edilənlər arasında ən yüksək şüalanma səviyyəsinə malik telefon seçiblər. Müvafiq tədqiqat “Statista” şirkətinin “Twitter” səhifəsində dərc edilib.

Antireytinqə Çin şirkətinin dörd modeli daxildir. Birinci yerdə “Xiaomi Mi A1”, üçüncüdə “Xiaomi Mi Max 3”, altıncıda “Xiaomi Mi Mix 3”, on beşincidə “Xiaomi Redmi Note 5” smartfonu qərarlaşıb.

Bundan başqa, analitiklər tərəfindən siyahıya “Apple” şirkətinin iki smartfonu daxil edilib – “iPhone 7” və “iPhone 8” müvafiq olaraq 9-cu və 14-cü yeri tutub.

Şirkətin “Twitter” hesabında, həmçinin ən zəif şülanma səviyyəsinə malik smartfonların reytinqi təqdim edilib. Burada lider mövqedə “Samsung Galaxy Note 8” modeli yer alıb.

Bundan əlavə, bu markalı telefonlar 16 pillədən ibarət siyahının yarısını tutub. Belə ki, dördüncü, beşinci və altıncı yerə müvafiq olaraq “Samsung Galaxy А8”, “Samsung Galaxy S8+” və “Samsung Galaxy S7 edge” sahib çıxıb. Cənubi Koreya istehsalçısının qabaqcıl “Samsung Galaxy S9” modeli doqquzuncu, “Samsung Galaxy J6+” on ikinci, “Samsung Galaxy J4+” on dördüncü, “Samsung Galaxy S8” isə on beşinci yerlə kifayətlənib.

Reytinqin tərtib edilməsi zamanı analitiklər tərəfindən Almaniya Federal Radiasiya Mühafizəsi Agentliyinin 2018-ci ilin dekabrı üçün təqdim etdiyi məlumatlardan istifadə olunub. Tədqiqatda “Apple”, “BlackBerry”, “Google”, “HTC”, “Huawei”, “Samsung”, “LG”, “Motorola”, “OnePlus”, “Sony”, “Xiaomi” və “ZTE” kimi markalar iştirak edib.

©İctnews

Son xəbərlər
Digər xəbərlər