10 C
Baku
Friday, December 13, 2024

Ərəb ölkələri Qətər ilə münasibətlərin bərpa olunması şərtlərini açıqladı

Banker.az The Wall Street Journal-a istinadən xəbər verir ki, Qətər ilə diplomatik və iqtisadi əlaqələrinə son qoyan ərəb ölkələri Qətərin münasibətlərin bərpa olunması üçün yerinə yetirməli olduğu şərtlərin siyahısını tərtib edir.

Ərəb ölkələri əsas olaraq Al Jazeera telekanalının yayımının dayandırılmasında təkid edirlər. Bundan əlavə, ölkələr Qətərdən Yaxın Şərqdə ekstremist təşkilatların ölkə tərəfindən maliyyələşməsinin dayandırılmasına dair zəmanət təqdim etməsini tələb edirlər.

Verilən məlumatlara görə, siyahı üzərində iş “yaxın günlərdə” başa çatacaq.

Qeyd edək ki, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı, Yəmən, Bəhreyn, daha sonradan Mavritaniya, Liviya, Maldiv Respublikası və Mavriki Qətər ilə diplomatik və iqtisadi münasibətlərini kəsdiyini elan etmişdi. Belə ki, ölkələr Qətəri terror təşkilatlarını dəstəkləməkdə və beynəlxalq hüquq prinsiplərinə riayət etməməkdə günahlandırılır.

Image result for qatar map

Son xəbərlər
Digər xəbərlər