2 C
Baku
Saturday, December 14, 2024

Ər-Riyad yanvarda neftə tələbatın az olacağını proqnozlaşdırır

Səudiyyə Ərəbistanı yanvar ayında neftə tələbatın az olacağını gözləyir və bazarda onun artıq qalmasına yol verməmək üçün buna uyğun şəkildə davranacaq.

Banker.az Report-a istinadən xəbər verir ki, bunu cümə axşamı Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid bin Əbdül Əziz əl-Faleh deyib.

“Bildiyiniz kimi, İran ixrac icazəsi alıb…Ona görə yanvarda Səudiyyə neftinə tələbat daha az olacaq. Biz müştərilərimizin ehtiyac duymadığı nefti satmayacağıq<…> Bir neçə il əvvəl müşahidə etdiyimiz bolluq heç kimin marağında deyil”, – deyə “Reuters” onun sözlərini sitat gətirib.

Bundan əvvəl ABŞ İran neftinin ixracına sanksiya tətbiq edib, lakin eyni zamanda Hindistan və Çin də daxil olmaqla 8 ölkəyə 180 gün ərzində İrandan neft almağa icazə verib.

Son xəbərlər
Digər xəbərlər