9 C
Baku
Friday, December 13, 2024

Ərdoğan: “Avropa zənn edildiyi qədər rahat və dinc deyil”

“Avropa zənn edildiyi qədər rahat və dinc deyil, çox fərqli bir istiqamətə gedir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrinə səfərindən geri qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Türkiyənin təbii qazla bağlı hər hansı bir narahatlığı yoxdur və Rusiya Türkiyəyə qarşı hər hansı bir sanksiya tətbiq etmir.

Ərdoğan Türkiyəyə ixrac edilən qazın qiyməti ilə bağlı Rusiya tərəfi ilə danışıqların olduğunu qeyd edib. O əlavə edib ki, 2023-cü ildə Türkiyə öz təbii qazını çıxarmağa başlayacağı təqdirdə vətəndaşlara daha ucuz qiymətə qaz satışı həyata keçiriləcək.

Türkiyə Prezidenti qeyd edib ki, daha əvvəl Almaniya və Fransa liderləri ilə söhbətləri zamanı onlar kömürlə işləyən İES-lərin, hətta AES-lərin istismardan çıxarılmasında israrlı olduqlarını bildiriblər. Lakin Avropada qaz böhranı səbəbi ilə həmin ölkələr əvvəlki yaşıl enerji siyasətlərinin ziddinə olaraq həmin stansiyaların fəaliyyətini bərpa etməyə başlayıblar.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər