Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden G20 sammitində görüşməyi planlaşdırır.
Bu barədə Türkiyə liderinin sözçüsü İbrahim Kalın deyib.
Kalının sözlərinə görə, Ərdoğan “üz-üzə” görüşdə “taxıl sövdələşməsi”nin bərpası prosesini izah edəcək.
Kalın həmçinin bildirib ki, Ərdoğan “Rusiya ilə danışa bilən yeganə liderdir”. O, qeyd edib ki, Qərb liderləri Türkiyənin Rusiya ilə çox yaxınlaşdığını düşünürlər. Lakin Ərdoğanın “tarazlaşdırma siyasəti” sayəsində Rusiyanın “taxıl müqaviləsi”nə qayıtması mümkün olub”, – Kalın vurğulayıb.
G20 sammiti 2022-ci il noyabrın 15-dən 16-dək Balidə keçiriləcək. İndoneziya bu il G20-nin sədridir.