15 C
Baku
Friday, March 29, 2024

Ərdoğan BMT-nin baş katibi ilə Ukrayna taxılının ixracını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

Banker.az Türkiyə Rabitə Müdirliyinə istinadən xəbər verir ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı böhranın həlli təşəbbüsləri müzakirə edilib.

Prezident Ərdoğan görüşdə qlobal ərzaq böhranının qarşısının alınması məqsədilə Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı üçün birgə səyləri davam etdirdiklərini bildirib.

Ərdoğan bildirib ki, o, həmsöhbətlərinə sülh danışıqlarının canlandırılmasını və müharibənin diplomatiya ilə yekunlaşdırılmasını təlqin etməyə davam edir.

Son xəbərlər
Digər xəbərlər