Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni tezliklə bitirmək istədiyini söyləyib.
PBS telekanalına müsahibə verən Ərdoğan Ukraynanın sülhlə bağlı Rusiya ilə eyni yanaşmada olmasının vacibliyindən danışıb.
“Mən anladım ki, onlar həqiqətən də müharibənin tezliklə bitməsini istəyir. Müharibə kursunun bəlaları çoxdur. İndi məsələn, 200 əsirin qarşılıqlı dəyişdirilməsi barədə razılıq əldə olunub. Bu çox yaxşı inkişafdır. Bunlar yaxşı xəbərlərdi, amma Ukrayna müharibənin dayandırılmasında Rusiya ilə eyni yanaşmada olmalıdır və biz bu müharibəni bitirmək əzmində olmalıyıq”, – Türkiyə dövlət başçısı vurğulayıb.