Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Qara dənizdə taxıl daşımalarının bərpa olunacağını bildirib.
Türkiyə lideri müvafiq bəyanatı Ukrayna limanlarından taxıl ixracına dair İstanbul sazişinin bağlanmasından sonra verib.
“Ərdoğan bildirib ki, yaxın günlərdə Qara dənizdə dəniz yük daşımaları bərpa olunacaq və bu, bir çox ölkənin ərzaq təhlükəsizliyinə müsbət təsir göstərəcək”, – məlumatda deyilir.