-3 C
Baku
Sunday, December 15, 2024

Ərdoğan Qazaxıstana səfərə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə VI sammitdə iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə səfərə gedib.

Məlumatı “TRTHaber” yayıb.

Dövlət başçısını Ankaranın Esenboğa hava limanından Ankara valisi Vasip Şahin və başqa rəsmi şəxslər yola salıb.

R.T.Ərdoğanı səfərdə xarici işlər naziri Mövlud Çavuşoğlu, kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi, ticarət naziri Mehmet Muş, nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidan, Müdafiə Sənayesi İdarəsinin sədri İsmail Dəmir, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun və Prezidentin sözçüsü İbrahim Kalın müşaiyət edirlər.

R.T.Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayevlə Türkiyə-Qazaxıstan Ali Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü toplatısında iştirak edəcək.

Liderlərin görüşündə ikitərəfli əlaqələr, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Türkiyə Prezidenti oktyabrın 13-də sammitdə dövlət və hökumət başçılarına müraciət edəcək.

R.T.Ərdoğan Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. İki ölkə liderləri Ukraynadakı durumu müzakirə edəcəklər. Eyni zamanda, Moskva ilə Qərb arasında mümkün dialoq barədə fikir mübadiləsi aparacaqlar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər